06 iyul 2024 00:51
405

Pedri, Roben Le Norman, Karvahal və Morata...

İspaniya millisinin 4 futbolçusu Avropa çempionatının yarımfinal görüşünü buraxacaq.

“İki sahil” xəbər verir ki,  Pedri, Roben Le Norman, Daniel Karvahal və Alvaro Morata növbəti mərhələdə komandasına kömək edə bilməyəcəklər.

Pedri Almaniya ilə keçirilən 1/4 final görüşündə dizindən zədə alıb. Digər 3 oyunçu isə kart cəzalısı olduğu üçün növbəti oyunu buraxmalı olacaq.

Qeyd edək ki, İspaniya yarımfinalda Portuqaliya - Fransa cütünün qalibi ilə qarşılaşacaq. Matç iyulun 9-u, saat 23:00-da start götürəcək.