10 iyul 2024 09:33
551

Tovuzda maşınla traktor toqquşub, şəmkirlilər yaralanıb

Tovuzda avtomobil traktorla toqquşub, üç nəfər yaralanıb

Tovuzda minik maşını ilə traktorun toqquşması nəticəsində Şəmkir rayon sakinləri, 1992-ci il təvəllüdlü R. Məmmədov, 1982-ci il təvəllüdlü S. Məmmədov və Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü P. Rüstəmov xəsarət alıblar.

“İki sahil” xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.