21 iyul 2024 03:30
293

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

"Qarabağ" UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün II təsnifat mərhələsinin hazırlığını davam etdirir. 

“İki sahil” xəbər verir ki, ilk oyununu səfərdə keçirəcək "köhlən atlar" Cəbəllütariqə yollanmazdan öncə son məşqinə sabah çıxacaq. 

“Azersun Arena”da başlayacaq hazırlıqdan öncə komandanın baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.

Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.