17 avqust 2024 10:16
1098

Tramp debatlara hazırlaşır

ABŞ prezidentliyinə namizəd Donald Tramp demokrat opponenti Kamala Harrislə sentyabrın ilk ongünlüyünə planlaşdırılan seçkiqabağı debatların hazırlığına başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Harrislə debatlara hazırlaşmaq üçün Tramp 2020-ci il seçki yarışında iştirak etmiş sabiq demokrat və Konqresin Nümayəndələr Palatasının Havay ştatından olan üzvü Talsi Qabbardı cəlb edib.

Bildirilir ki, Donald Tramp bu il debat hazırlıqlarına 2016 və 2020-ci illərlə müqayisədə daha çox vaxt sərf edib. Müşavirləri ilə görüşlər zamanı o, debat zamanı verilə biləcək müxtəlif çətin suallar üzərində işləyir.

Harris-Tramp seçki debatının sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcəyi və ABC telekanalının moderatorluq edəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.