12 sentyabr 2024 17:28
176

Dezinformasiyaya görə sosial şəbəkələr CƏRİMƏLƏNƏCƏK

Avstraliyanın Rabitə Nazirliyi dezinformasiya və yanlış məlumatların yayılması ilə kifayət qədər mübarizə aparmadıqlarına görə sosial şəbəkələri cərimələnməsini nəzərdə tutan anun layihəsini parlamentə təqdim etmək niyyətində olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qanun layihəsinə əsasən, sosial şəbəkələr qlobal gəlirlərinin 5%-ə qədər cərimə ilə üzləşəcək ki, bu da böyük texnologiya şirkətləri üçün milyardlarla dollar deməkdir.

Qanun layihəsində təklif edilir ki, sosial şəbəkələr dezinformasiyaya qarşı mübarizə qaydaları hazırlamalı və sonradan bu qaydalar tənzimləyici tərəfindən təsdiqlənməlidir. Platforma bunu etməyibsə, tənzimləyici qurum özü də qaydaları tətbiq edə bilər. Qanun layihəsi ilk növbədə səhiyyə məsələlərinə, seçkilərə , infrastrukturun pozulmasına, fərdlərə və ya qruplara zərər verə biləcək məlumatlara yönəlib.

"Dezinformasiya həm avstraliyalıların təhlükəsizliyi və rifahı, həm də demokratiyamız, cəmiyyətimiz və iqtisadiyyatımız üçün ciddi təhdiddir"- deyə Avstraliyanın rabitə naziri Mişel Rouland bildirib.

Qanun layihəsinin ilk variantı keçən il hazırlanmışdı. Lakin həmin vaxt layihə tənzimləyicinin həddindən artıq geniş səlahiyyətlərinə görə çox tənqid edilmişdi.