Rusiya Prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
“İki sahil” xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Görüşdə Rusiya Prezidenti bildirib ki, 2024-çü ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.
Onun sözlərinə görə, hökumətlərarası birgə komissiyanın işinə xüsusilə tələbat var: “Bununla bağlı artıq Rusiya tərəfdən yeni nümayəndə təyin olunub. Biz onun həmkarının İran tərəfindən təsdiqi ilə bağlı qərarı gözləyirik”.
Görüşdə Zəngəzur yolu ilə bağlı məsələnin müzakirə olunacağı da gözlənilir.