21 avqust 2024 17:40
310

Mətbuat Şurası Nair Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan Mətbuat Şurası Əməkdar jurnalisti Nair Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb.

“İki sahil” həmin nekroloqu təqdim edir:  

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri respublikanın Əməkdar jurnalisti Nair Əliyevin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verirlər.

Nair Əliyev müasir dövr Azərbaycan jurnalistikasında öz dəst-xətti ilə seçilən peşəkarlardan idi. O, uzun müddət ölkəmizin tanınmış media orqanlarında çalışıb, malik olduğu xüsusiyyətlərə, istedadına, bacarığına və məhsuldarlığına görə hörmət və rəğbət qazanıb. Belə bir əməsevər qələm sahibinin yoxluğu onu tanıyan hər kəs üçün böyük itkidir.

Allah rəhmət eləsin!