24 avqust 2024 20:02
1047

72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 569 nəfər ilk dəfə səs verəcək

72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 569 nəfər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərdə ilk dəfə səs verəcək.

“İki sahil” xəbər verir ki, 47 755 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 45 seçki məntəqəsi mövcuddur.

Kənd seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. 3 namizəd partiya tərəfindən, 4 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Dairə üzrə 5 məntəqədə veb kameralar quraşdırılıb.