06 sentyabr 2024 14:00
230

"AzNur" Çempionlar Liqasında növbəti matçını keçirib

Azərbaycanın "AzNur" klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirib.

“İki sahil” xəbər verir ki, təmsilçimiz İsveçin "Qalport" klubu ilə qarşılaşıb.

Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqləniblər.

Qeyd edək ki, "AzNur" ilk görüşdə Fransanın "Les Piopio" klubuna 2:1 hesabı ilə qalib gəlmişdi. Komanda bu gün axşam "Andezit"lə (Ukrayna) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.