12 sentyabr 2024 16:08
174

FHN-in kişilərdən ibarət basketbol komandası gümüş medal qazanıb

Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında 3x3 basketbol növü üzrə Respublika turniri keçirilib.

Bu barədə "İki sahil"ə FHN-in Mətbuat Xidmətindən məlumat verib.

Yarışda 8 dövlət qurumundan (8 kişi və 3 qadın) komandalar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Turnirdə iştirak edən FHN-in kişilərdən ibarət basketbol komandası yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın gümüş medalını qazanıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıblar.

Qeyd edilib ki, 2024-cü ilin aprel ayında dövlət qurumları arasında keçirilən basketbol üzrə çempionatda FHN-in kişilərdən ibarət komandası 1-ci yerə layiq görülüb.