15 sentyabr 2024 01:44
163

Hofreiter: Əgər Kiyevə dəstək dayansa…

Bundestaqın (Almaniya Federativ Respublikası Parlamenti – red.) Avropa Məsələləri Komitəsinin rəhbəri Anton Hofreiter (“yaşıllar”) Avropa İttifaqı ölkələrinin miqrasiya siyasəti sahəsində koordinasiyalı fəaliyyətlərini dəstəkləyib və xəbərdarlıq edib ki, əgər Kiyevə dəstək dayansa, Ukraynadan kütləvi qaçqın axını gözlənilməlidir.

“İki sahil”in məlumatına görə, Hofreiter “Tagesspiegel” qəzetinə deyib: “Əgər biz Ukraynaya davamlı dəstək verməyə davam etməsək, qarşıdakı illərdə yüz minlərlə qaçqınla üzləşməli olacağıq”.

Hofreiter ümid edir ki, Almaniya kansleri Olaf Şolts və Polşanın baş naziri Donald Tusk gələcəkdə də hərəkətləri əlaqələndirməyə davam edəcəklər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”