15 sentyabr 2024 01:57
157

Tramp haitililərin kütləvi deportasiyasını təşkil edəcəyinə söz verib

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ohayo ştatının Sprinqfild şəhərindən haitililərin kütləvi deportasiyasını təşkil edəcəyinə söz verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tramp bu mövzunu ABŞ prezidentliyinə namizəd Kamala Harrislə debat zamanı qaldırıb.

“Sprinqfildə gələn insanların itlərini yeyirlər, pişikləri yeyirlər. Orada yaşayan insanların ev heyvanlarını yeyirlər”, - deyə Tramp Harrislə debat zamanı bildirib. Daha sonra mətbuat konfransı zamanı Tramp Sprinqfilddən haitililərin kütləvi deportasiyasını həyata keçirəcəyini vəd edib.