16 sentyabr 2024 09:04
140

Media: Qolanda PUA-nın hücumu nəticəsində bir neçə İsrail əsgəri yaralanıb

Qolan təpələrində iki pilotsuz uçuş aparatının hücumu nəticəsində İsrail Müdafiə Qüvvələrinin bir neçə əməkdaşı yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, partlayıcı ilə yüklənmiş iki PUA Livandan uçaraq İsrailin mövqelərinə hücum edib. Hərbçilər yüngül xəsarət alıblar, hərbi həkimlər onlara yerindəcə tibbi yardım göstəriblər. Qəzet qurbanların dəqiq sayını göstərməsə də, onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını vurğulayıb.

Bundan əvvəl Livanın Hizbullah hərəkatı Qolan təpələrindəki Yardendə İsrail artilleriya batalyonunun qərargahına və mövqelərinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”