16 sentyabr 2024 12:36
139

Nazir: Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var

Dünyada Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat İstanbul Ticarət Universitetinin yeni tədris ilinin açılışında deyib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi sahəsindəki məhsullarına dünyada maraq böyükdür: “Bu, məhsullarımızın keyfiyyətindən xəbər verir".

Nazir həmçinin söyləyib ki, müxtəlif ölkələr Türkiyə ilə ortaq şirkət qurmaq istəyirlər.