16 sentyabr 2024 13:45
145

Türkiyə ordusu İraqın şimalında 6 terrorçu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Asos bölgəsində 4, Pənçə- Kilit bölgəsində 2 PKK terrorçusu öldürülüb.

Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edir.