16 sentyabr 2024 18:58
155

"Sərhədsiz həkimlər" təşkilatı Rusiyada fəaliyyətini dayandırdı

"Sərhədsiz həkimlər" təşkilatı 32 illik fəaliyyətindən sonra Rusiyadakı fəaliyyətini dayandırıb.

“İki sahil” bu haqda RT məlumat yayıb.

Qeyd edilir ki, bu, Ədliyyə Nazirliyinin təşkilatın filialının xarici QHT-lərin filial və nümayəndəliklərinin reyestrindən çıxarılması barədə qərarından sonra həyata keçiriləcək.

Təşkilatın Rusiya üzrə proqram meneceri Yaşovardxan deyib: “Ürək ağrısı ilə Rusiyadakı fəaliyyətimizi dayandırmaq məcburiyyətindəyik”. O, təşkilatın mümkün şərait olacağı təqdirdə Rusiyada işləməyə davam etmək arzusunu ifadə edib.