16 sentyabr 2024 19:41
149

Almaniya bütün sərhədlərində ciddi sərhəd nəzarəti tətbiq edib

Sentyabrın 16-dan Almaniya müvəqqəti olaraq bütün sərhədlərində ciddi sərhəd nəzarəti tətbiq edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  altı ay ərzində Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə sərhədlərdə yoxlamalar aparılacaq.

Bu, qeyri-leqal miqrantlarla mübarizənin zəruriliyi ilə izah olunur. Sərhəd nəzarətçilərinə potensial miqrantları beş həftəyə qədər həbs etmək səlahiyyəti veriləcək.

Sərhəd nəzarətinin gücləndirilməsi qərarı avqustun sonunda Solingen şəhərində suriyalının 3 nəfərin ölümü ilə nəticələnən səs-küylü bıçaqlı hücumundan sonra verilib.

Bundan sonra Almaniya hakimiyyəti miqrantların deportasiyası siyasətinin sərtləşdirilməsi, sərhəd nəzarətinin gücləndirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün digər tədbirlərin görüldüyünü açıqlayıb.