17 sentyabr 2024 09:22
120

Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyanın Amur vilayətində göyərtəsində 3 nəfərin olduğu “Robinson R66” markalı helikopter radarlardan itib.

"İki sahil"yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi xəbər yayıb. Helikopter havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. İlkin ehtimala görə o, Zolotaya Qora kəndi yaxınlığında qəzaya uğrayıb. Hazırda helikopterin axtarışları davam etdirilir.