17 sentyabr 2024 09:30
135

Tacikistan və Qırğızıstan prezidentləri Qazaxıstanda işgüzar səfərdədirlər

Tacikistan Prezidenti Emoməli Rəhmon Qazaxıstanın paytaxtı Astanaya işgüzar səfər edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Qazaxıstan KİV-i məlumat yayıb. Onun səfərinin məqsədi dövlət başçılarının “Mərkəzi Asiya-Almaniya” görüşündə iştirak etməkdir.

Bu gün səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov da Astanaya işgüzar səfərə gəlib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts sentyabrın 15-dən Qazaxıstandadır və artıq ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Astanada keçirilən danışıqlardan sonra iki ölkə arasında əməkdaşlıq haqqında birgə Bəyannamə imzalanıb.