25 sentyabr 2024 08:21
85

Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib. Qeyd olunub ki, Ərdoğan görüşdə Türkiyənin Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaqla başa çata biləcəyinə hər zaman inandığını və Ankaranın bu məqsədə çatmaq üçün səylərini davam etdirdiyini bildirib.Türkiyə lideri V. Zelenskiyə “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərəcəyini vəd edib.