25 sentyabr 2024 18:02
97

Tarix Muzeyinin əməkdaşı beynəlxalq konqresdə çıxış edib

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadov Astanada keçirilən Qazaxıstan Muzey Konqresinə onlayn qoşulub.

“İki sahil” xəbər verir ki, Tarix Muzeyindən bildirilib ki, dosent Əli Fərhadov “Azərbaycan” qəzetində (1947-1949) orta əsrlər türk-islam mədəniyyətinə baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın və Orta Asiyanın türk-islam mədəniyyəti, şair və mütəfəkkirləri, o cümlədən Əlişir Nəvainin yaradıcılığı haqqında məlumat verib.

Beynəlxalq konqresin məruzələr toplusu nəşr edilib.