25 sentyabr 2024 18:10
94

Bakıda keçirilən iclasda EPPO-ya yeni sədr seçilib

Bakıda ilk dəfə keçirilən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyasında quruma yeni direktor seçilib. 

“İki sahil” xəbər verir ki, təşkilata Olqa Lavrentjeva rəhbərlik edəcək. Estoniyalı xanım vəzifə səlahiyyətlərinin icrasına 2025-ci il yanvarın 1-də başlayacaq.

Onun səlahiyyət müddəti 5 ildir.

Qeyd edək ki, sentyabrın 23-də Bakıda ilk dəfə olaraq EPPO İcraiyyə Komitəsinin iclası, sentyabrın 24-25-də isə EPPO Şurasının 74-cü sessiyası keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edib.