25 sentyabr 2024 23:04
70

24 məğlubiyyətdən sonra qələbə

Dünyanın keçmiş 22 nömrəli tennisçisi Çjan Şuai məğlubiyyət seriyasını dayandırıb.

“İki sahil” xəbər verir ki, Pekində (Çin) keçirilən WTA-1000 turnirinin ilk tur matçında Şuai amerikalı Makkartni Kesslerə 7:6 (7:5), 7:6 (7:1) hesabı ilə qalib gəlib.

Çinli raketka ustası 2023-cü ilin fevralından 2024-cü ilin sentyabrına kimi fərdi yarışlarda ardıcıl 24 qarşılaşmada məğlub olmuşdu. Bu həm WTA, həm də ATP turnirlərində antirekorddur.