28 sentyabr 2024 13:27
66

34 ölkə BRICS-ə qoşulmaq üçün müraciət edib

BRICS-in genişlənməsinin ilk dalğası oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək birlik sammiti zamanı başlayacaq.

“İki sahil” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib. O qeyd edib ki, təşkilatın ilk genişlənməsi onlarla dövləti əhatə edəcək: “Hazırda Rusiya sədrliyi genişlənmənin ilk dalğasında olacaq bu ölkələrin siyahısını formalaşdırır”.

Hazırda BRICS üzvlərinə 9 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya. Daha əvvəl 34 ölkənin BRICS-ə qoşulmaq üçün müraciət etdiyi bildirilib. Onların arasında Azərbaycan və Türkiyə də var.