28 sentyabr 2024 16:13
97

Pakistanda helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb

Pakistanın şimal-qərbində rusiyalı ekipajı daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın “Geo.TV” telekanalı məlumat yayıb. Məlumata görə, helikopteri neftin işlənməsi və hasilatı “Mari Petroleum Limited” şirkəti icarəyə götürüb. Qəza Hayber-Paxtunxva əyalətində neft buruğu yaxınlığında olub. Şirkət nümayəndəsi qeyd edib ki, qəza texniki səbəblərə görə baş verib, təcili eniş zamanı helikopterin quyruğu yerə ilişib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya çatdırılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, pilotlar Rusiya vətəndaşlarıdır, lakin onların ölənlər siyahısında olub-olmaması dəqiq deyil.