28 sentyabr 2024 18:15
80

Qaz balonunun partlaması nəticəsində xəsarət alan şəxs Bakıya gətirilib

Gəncədə maye qaz balonu partlaması nəticəsində xəsarət alan şəxs Bakıya aparılıb.

“İki sahil” xəbər verir ki, partlayış nəticəsində yanıq xəsarətləri alan 66 yaşlı Y.Vəliyev bu gün Gəncədə müalicə aldığı xəstəxanadan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə hospitalizasiya edilib. Qeyd edək ki, hadisə bu gün səhər saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.