28 sentyabr 2024 19:40
95

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb. 2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır.