28 sentyabr 2024 23:39
86

Bakı-Quba yolunda piyadanı avtomobil vurub

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə yolun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Rasim Şahvələd oğlu İslamov yolu keçmək istəyən zaman “Toyota” markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.