05 oktyabr 2024 17:21
87

BMT: 200 mindən çox insan Livanı tərk edib

Sentyabrın 23-də İsrailin hücuma başlamasından bəri 200 mindən çox Suriya və Livan vətəndaşı Suriyaya gedib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi sosial şəbəkədə yazıb. “İsrailin bombardmanları nəticəsində 200 mindən çox Suriya və Livan vətəndaşı Suriya ilə sərhədi keçərək Livanı tərk edib”, - o qeyd edib.

Livan hökumətinin son məlumatlarına görə, Beyrutun cənub və şərqindən təxminən 1,2 milyon nəfər qaçqın düşüb.