11 oktyabr 2024 14:48
194

Nazir: 2030-cu ilə qədər 7 qiqavat gücündə yaşıl enerji layihələri reallaşdırılacaq

Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, 2030-cu ilə qədər 7 qiqavat yaşıl enerji reallaşdırmaq planlarımız var: “Bunun da 70%-i ixrac olunacaq: “Bu yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycanın regionda COP29-a ilk ev sahibliyi edən ölkə kimi, Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyata keçirilməsi də daxil olmaqla, COP29-da balanslaşdırılmış nəticə əldə etmək üçün iddialı gündəm var. COP-29 Prezidentliyi, maliyyə axınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eyni zamanda maneələrin sürətlə aradan qalxmasına yol açacaq.
Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də genişmiqyaslı işlər həyata keçirir”.