11 oktyabr 2024 18:38
172

Azərbaycan xalqına təşəkkür edirəm - Mesut Özil

"Səmimi qarşılanmaya görə Azərbaycan xalqına təşəkkür edirəm".

“İki sahil” xəbər verir ki,  Azərbaycana səfəri çərçivəsində “Qarabağ”ın qonağı olan Almaniya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Mesut Özil deyib.

O, ölkəmizə səfərinin futbol layihəsi ilə bağlı olduğunu bildirib: "İstanbul şəhərində mənim adıma futbol akademiyası açılacaq. Həmin məktəbdə azərbaycanlı oyunçuların da olmasını istəyirəm. Əsas məqsədim Azərbaycan və Türkiyədə olan uşaqlara futbolun sirlərini öyrətməkdir. İnanıram ki, bunu bacaracağıq".

Veteran futbolçu "Real Madrid"də çıxış edən Arda Gülər barədə də fikirlərini bölüşüb: "Onunla hər zaman əlaqədəyəm. Arda Türkiyənin qürurudur. Gələcəkdə daha yaxşı yerlərdə olacaq".

M.Özil 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Arsenal" komandasının heyətində "Qarabağ"a qarşı keçirdiyi matçı da xatırlayıb: "Çox gözəl oyun olmuşdu. Hələ də həmin görüşü xatırlayıram".

Qeyd edək ki, Məsut Özil karyerası ərzində "Real Madrid"lə yanaşı, İngiltərənin "Arsenal" və Türkiyənin "Fənərbağça" kimi tanınmış komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.