14 oktyabr 2024 08:59
85

Siyarto: Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsi demək olacaq

Ukraynanın NATO-ya daxil olması alyansla Rusiya arasında birbaşa qarşıdurma və üçüncü dünya müharibəsi demək olacaq.

“İki sahil” xəbər verir ki,  bunu Macarıstanın Xarici İşlər Nazir Peter Siyarto “RIA Novosti”-yə müsahibəsində deyib. Nazirin sözlərinə görə, Macarıstan qlobal münaqişədən yan keçmək istəyir, ona görə də Ukraynanın alyansa qoşulması məsələsi rəsmi Budapeştin gündəliyində deyil.