14 oktyabr 2024 11:39
79

Döyüş meydanında vəziyyət getdikcə pisləşir - Borrell

Ukraynada döyüş meydanında vəziyyət getdikcə pisləşir, Avropa daha çox silah və hava hücumundan müdafiə sistemləri tədarük etməlidir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

O, bu barədə Aİ Xarici İşlər Nazirləri Şurasının Lüksemburqda keçirilən iclasından əvvəl açıqlama verib.

“Vəziyyət getdikcə pisləşir... Biz yardımı artırmalıyıq, yeganə yol budur. Biz həmçinin hərbi maliyyələşdirmənin qarşısının alınması və Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması yollarını müzakirə etməyə davam edəcəyik”, - deyə, Borrel bildirib.