14 oktyabr 2024 12:02
77

Rusiyada antibiotik çatışmazlığı yaranıb?

Rusiyanın bir sıra regionlarında müəyyən antibiotiklərin çatışmazlığı ilə bağlı məlumatlar reallığa uyğun deyil.

“İki sahil” xəbər verir ki, bu haqda “İzvestiya” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Rusiyanın ən azı 25 regionunda apteklərdə roksitromisin antibiotiki tapılmır. Həmçinin, azitromisin, klaritromisin və eritromisin dərmanlarının çatışmazlığı var.

“Roszdravnadzor” bu məlumatı təkzib edərək dərman etiketləmə sisteminin məlumatlarına istinadən qeyd olunan dərmanlar haqqında hesabatlar təqdim edib. İddia olunur ki, Dağıstanda azitromisin tərkibli 29 min paketdən çox dərman, 7 min paket klaritromisin və 4,5 mindən çox eritromisin var. Məlumat daha dörd bölgə üçün də təqdim olunub:

Krımda - 71 min paketdən çox azitromisin, 8 min paket klaritromisin, 3,8 min eritromisin;

Kabardin-Balkariyada - 30 mindən çox paket azitromisin, 3 min klaritromisin, 2,6 min eritromisin;

Qaraçay-Çərkəzdə - 11 min paketdən çox azitromisin, 4 min paket klaritromisin, 1,6 min paket eritromisin;

Çeçenistanda - 4 mindən çox paket azitromisin, 2 min paket klaritromisin, 0,6 min paket eritromisin.

“Roszdravnadzor” əlavə edib ki, 2024-cü ilin doqquz ayı ərzində apteklərə 28,5 milyon paketdən çox azitromisin (2023-cü ildə - 29,1 milyon), 4,8 milyon paket klaritromisin dərmanı verilib (2023-cü ildə - 4,2 milyon).