14 oktyabr 2024 12:07
75

Telegram Qazaxıstanda nümayəndəlik açacaq

Qeyri-qanuni məzmuna qarşı mübarizədə və fırıldaqçıların hesablarının bloklanmasında hakimiyyət orqanları ilə əməkdaşlıq etmək üçün Qazaxıstanda Telegram messencerinin ofisi açılacaq.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.

Telegram ilə əməkdaşlıq ABŞ-ın Ticarət Palatasının və bir sıra Amerika şirkətlərinin, o cümlədən Apple və Meta nümayəndələri ilə keçirilən görüşdə elan edilib.

“Qanunvericiliyimizə uyğun olaraq, Telegram, WhatsApp və TikTok kimi internet platformalarının artıq Qazaxıstanda nümayəndəsinin olması tələb olunur. Artıq Telegram ilə onların nümayəndəsinin təyin edilməsi və ofisin açılması ilə bağlı razılıq əldə olunub. Bu, məzmuna nəzarətin artırılması üçün mühüm addımdır”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Son rüb ərzində Meta dünya üzrə 1,2 milyard saxta hesabı bloklamaq üçün süni intellekt texnologiyasından istifadə edib.