14 oktyabr 2024 12:28
88

Ukrayna XİN-dən amerikalı musiqiçiyə ETİRAZ

Ukrayna Xarici İşlər Nazirliyi amerikalı musiqiçi, “Thry Seconds to Mars” qrupunun vokalisti Jared Letonun Rusiyada çıxış etmək istəyini təhqir hesab edir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində sənətçinin sözlərinə münasibət bildirib.

“Jared Leto “rus enerjisini hiss edir” və Rusiyada çıxış etmək istəyir- bu, təhqirdir”, - deyə məlumatda qeyd edilib.

Daha əvvəl Serbiyada konserti zamanı musiqiçi Rusiyaya qastrol səfərinə gəlmək arzusunu bildirmişdi.

O, bunun “problemlər həll olunanda” mümkün olacağına inanır.