14 oktyabr 2024 13:23
83

Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edir.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.

Aİ-dəki mənbə bildirib ki, sanksiyalar bu silahların istehsalı və tədarükü ilə bilavasitə əlaqəsi olan şirkətlər, qurumlar və şəxslərə şamil ediləcək.