14 oktyabr 2024 13:31
89

İranın Bəlucistan əyalətində silahlı qruplaşmanın üzvləri həbs olunub

İranın Sistan və Bəlucistan əyalətində “Ceyş əl-Ədl” silahlı qruplaşmanın iki üzvü həbs edilib.

“İki sahil” xəbər verir ki, məlumatı “Tasnimnews” yayıb.

Bildirilib ki, onlardan silah və partlayıcı qurğu aşkar edilərək müsadirə olunub.

Mütəxəssislərin məlumatına görə, “Ceyş əl-Ədl” İranda bəlucların hüquqlarının müdafiəsi uğrunda silahlı mübarizə aparır. İran hakimiyyəti bu qruplaşmanı terrorçu sayır.