14 oktyabr 2024 13:48
76

ABŞ bizimlə tam miqyaslı müharibə aparır- Dmitri Medvedev

ABŞ bizimlə hibrid deyil, tam miqyaslı müharibə aparır və ölkəmizin məğlubiyyətinə çalışır.

“İki sahil”in TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

1945-ci ildə ABŞ ilə SSRİ arasında aparılan danışıqları nümunə gətirən D.Medvedev həmin müzakirələrin indiki şəraitdə rəsmi Vaşinqtonla aparılacaq istənilən müzakirələrdən daha faydalı olduğunu vurğulayıb.