16 oktyabr 2024 22:50
97

Türkiyə ərazisinə raket düşdü

Türkiyənin Kilis rayonuna 2 minaatan mərmi atılıb.

“İki sahil” xəbər verir ki, bu haqda “Sputnik Türkiye” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri hücuma cavab verir. Məlumata görə, mərminin düşdüyü ərazidə yanğın baş verib.

Türkiyə Silahlı Qüvvələrinin hücuma “MLRA”, artilleriya və tank atəşi ilə cavab verdiyi bildirilir. Mərminin Suriyanın Azez şəhərindən gəldiyi iddia olunur.