16 oktyabr 2024 23:17
108

Bayden Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb

ABŞ prezidenti Co Bayden oktyabrın 16-da Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb. Bura ümumilikdə 425 milyon dollar dəyərində silah daxildir.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin “Telegram” səhifəsi məlumat verib.

Məlumata görə, ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Ukrayna Silahlı Qüvvələri üçün yeni paket açıqlayıb.

Paketə hava hücumundan müdafiə sistemləri, hərbi sursat və zirehli maşınlar daxildir.

Ağ Ev həmçinin əmin edib ki, Ukrayna yaxın aylarda ABŞ-dan əlavə silahlar, o cümlədən yüzlərlə hava hücumundan müdafiə sistemi, onlarla taktiki hava hücumundan müdafiə sistemlərii, əlavə artilleriya sistemi, əhəmiyyətli miqdarda döyüş sursatları, yüzlərlə zirehli personal daşıyıcısı və piyadaların döyüş maşınları, eləcə də minlərlə zirehli texnika alacaq.

Öz növbəsində Zelenski “Teleqram” səhifəsində Baydenə “Qələbə planı” barədə məlumat verib.

Ukrayna dövlətinin başçısı Baydenlə danışıqlardan sonra yazıb ki, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahları ehtiva edən yeni paketə görə ABŞ Prezidentinə, Konqresin partiyalarına və Amerika xalqına minnətdardır.