16 oktyabr 2024 22:55
94

Quterreşin BRİKS sammitində iştirakı təsdiqləməyib

BMT-nin baş katibi Antonio Quterreşin ofisi onun gələn həftə Kazanda keçiriləcək BRİKS sammitinə getmə planlarını təsdiqləməyə hələ hazır deyil.

“İki sahil” xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bununla bağlı sualı belə cavablandırıb: “Hazırda biz hər hansı səfəri təsdiq edə bilmərik.”.

Qeyd edək ki, BRIKS-in Kazanda keçirilməsi nəzərdə tutulan sammiti 22-24 oktyabr tarixləri arasında baş tutacaq.