16 oktyabr 2024 22:58
111

Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb

Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Ramazanov Vladimir Mirzəqəni oğlu dəmir kəsərkən üzərinə metal düşərək ağır yaralanıb.

O, xəstəxanaya çatdırılarkən həkiməqədər ölüm hadisəsi qeydə alınıb.

V.Ramazanovun dəmir qırıntılarını yığmaqla məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.