Gürcüstanda polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb
Açıqlamada dekabrın 1-də Rustaveli prospektində keçirilən aksiya zamanı 52 yaşlı bir kişinin polisə “Molotovu kokteyli” ataraq su şırnağını zədələdiyi deyilir. Ona 7 ilə qədər həbs cəzası verilə bilər.
Hazırda cinayət işi çərçivəsində dörd nəfər saxlanılıb.