02 dekabr 2024 22:33
92

Gürcüstan DİN parlament qarşısındakı aksiyada zorakılıq halları barədə məlumat yayıb

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) parlament qarşısındakı aksiyada zorakılıq halları barədə məlumat yayıb.

“İki sahil” xəbər verir ki, DİN parlament qarşısındakı etirazın toplanışlar və nümayişlər haqqında qanunu pozduğunu bəyan edib.

“Rustaveli prospektində aksiyada ayrı-ayrı qruplardan zorakılıq halları müşahidə olunub. Xüsusilə, aqressiv qrup üzvləri polisə müxtəlif əşyalar, daşlar, şüşə butulkalar və pirotexniki vasitələr atıblar”, – açıqlamada deyilir.