03 dekabr 2024 17:16
118

İrəvan meriyası tətil edən sürücülərdən 40 nəfəri işdən azad edib

İrəvan meriyası tətildə iştirak etdiklərinə görə 40 avtobus sürücüsünü işdən azad edib.

“İki sahil” "Sputnik-Armeniya”ya istinadla xəbər verir ki, bunu "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyan bildirib.

Hazırda hakim fraksiyanın Ağsaqqallar Şurasının üzvləri sürücülərlə müzakirələr aparır və onları aksiyaya son qoyaraq işə qayıtmağa razı salmağa çalışırlar.

Mer müavini Suren Qriqoryan etirazları icra hakimiyyətinin ictimai nəqliyyat sistemində kölgə sxemlərinə qarşı mübarizə tədbirləri ilə əlaqələndirib.

O bildirib ki, sürücülər noyabrın 1-dən tətbiq edilən şəffaf ödəniş sisteminə keçiddən narazıdırlar. İndi vətəndaşlar gediş haqqını yalnız QR kodlar və ya 100 dramlıq sikkələrlə ödəyirlər ki, bu da məmurun sözlərinə görə, ictimai nəqliyyatın gündəlik gəlirini artırmağa imkan verib.