04 dekabr 2024 09:50
99

Tuncay Şanlı istefaya göndərildi

Türkiyənin “Ümraniyespor” klubunun baş məşqçisi Tuncay Şanlı ilə yollar ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Ümraniyespor” hazırda 19 xalla 11-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Tuncay Şanlı bu ilin iyun ayından "Ümraniyespor"u çalışdırırdı. Türkiyə millisinin keçmiş hücumçusu bundan əvvəl "Sakaryaspor"un baş məşqçisi olub.