"Real"ın yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda klubu tərk etmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə ispaniyalı insayder Xose Feliks Diaz məlumat yayıb.
39 yaşlı futbolçu klubundan ayrıldıqdan sonra karyerasını bitirməyi planlaşdırmır. O, sadəcə başqa bir komandada özünü sınamaq istəyir.
Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid təmsilçisində oynayır. Bu mövsüm xorvatiyalı yarımmüdafiəçi bütün turnirlərdə 20 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Onun "Real"la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.