Böyük Britaniyanın “The Guardian” və “The Observer” qəzetlərinin əməkdaşları 50 ildə ilk dəfə iki günlük tətil təşkil ediblər.
"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Jurnalistlər İttifaqı məlumat yayıb.
"Onlarla mətbuat əməkdaşı “The Guardian” və “The Observer”in sahibi olan “Guardian Media Group” (GMG) media şirkətinin Londondakı qərargahı yaxınlığında etiraz piketi təşkil ediblər", - məlumatda bildirilib.
Buna səbəb “The Observer” həftəlik qəzetinin “Tortoise Media” xəbər portalına satılması barədə məlumat olub. Tətil “The Observer”in ilk nömrəsinin çıxmasının 233-cü ildönümündə başlayıb.