04 dekabr 2024 14:58
111

Macarıstanın xarici işlər naziri ABŞ-dan nə istəyib?

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, o, ABŞ-dan Rusiyadan Avropaya tədarük edilən qaza görə ödənişlər edərkən “Qazprombank”a qarşı sanksiyalardan istisna edilməsini istəyib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu məsələni Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə müzakirə edib.

“Biz Amerikanın müvafiq orqanlarına təbii qaz üçün ödənişlər edərkən “Qazprombank”ın sanksiyalardan istisna edilməsi ilə bağlı sorğu göndərmişik”, - deyə, nazir bildirib.

O əlavə edib ki, bir neçə Rusiya bankı ABŞ-a uran tədarükü üçün ödəniş edərkən belə bir istisnaya malikdir.

Bundan əvvəl Siyarto qeyd edib ki, ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalar Macarıstan da daxil olmaqla bir sıra Aİ ölkələrinə təsir edib və Avropanın enerji təchizatı üçün təhlükə yaradır.